• AzerbaijaniEnglishRussianItalianArabicGermanHebrew
Your search results

Versal Palace

Ünvan: Babək rayonu, Şərq

YERLƏŞMƏ

Bakının tarixi mərkəzindən 4 km məsafədə və Bakı Ağ Şəhərdəki Mərkəzi Biznes Rayonu ilə qonşuluqda, dəniz səviyyəsindən 25m artıq hündürlükdə Babək rayonu yerləşmişdir. Bu, şəhər mərkəzində olan və fransız üslubunda işlənmiş yaşayış kvartallardan ibarət yaşamaq üçün ideal olan bir sakit rayondur. Binalarının hündürlüyü orta və tikili sıxlığı aşağı olan bu rayonun yaxınlığında, Babək prospektində, yeni metro stansiyası planlaşdırılıb. Versal Palace yaşayış kompleksinin Mərkəzi Park küçəsində münasib yerləşməsi Babək və Nobel prospektlərinə rahat keçidi təmin edəcək və eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdıracaqdır. Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Versal Palace yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

XÜSUSİYYƏTLƏR

118 mənzilli 7 mərtəbəli yaşayış kompleksi

– Fransız üslubunda fasad

– Kompleksin 1 Ha sahəsinin 60%-i abadlaşdırılma üçün ayrılıb

– Geniş uşaq meydançası

– 151 avtomaşınlıq yeraltı, 31avtomaşınlıq yerüstü dayanacaq

– Yeraltı parkinqdə avtomaşınlar üçün yuyucu

– Sakinlərin və qonaqların sürücüləri üçün gözləmə otağı

– Yeraltı parkinqdən liftə çıxış

– Hər blokda bir ədəd 1 tonluq rahat liftlər

– Mərmər ilə üzlənmiş pilləkənlər və pilləkən meydançaları

– Daş divarlar və fasadın aqlay ilə üzlənməsi

– İki tərəfl i çıxışı olan, rahat planlaşdırılmış mənzillər 

– Tavanın hündürlüyü 3,3 m

– 24 saat su təchizatı və su çəni

– Mərkəzi elektrik təchizatı və generator

– Qazlaşdırma və fərdi kombi

– Rəqəmsal TV, internet və telefon sistemləri

– Yanğın təhlükəsizliyi sistemi

– 24 saat mühafi zə və müşahidə kameraları

– Həyətə baxan eyvanlarda divar şkafları

– Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və kombi üçün ventilasiya olunan xüsusi servis eyvanları

  • Ətraflı axtarış

    Digər seçimlər
  • Kredit Kalkulyator

Müqaisə siyahısı