• AzerbaijaniEnglishRussianItalianArabicGermanHebrew
Your search results

Təməl Park

Ünvan: Fəvvarələr küçəsi

YERLƏŞMƏ

TƏMƏL Park yaşayış kompleksi Bakı Ağ Şəhər layihəsinin mərkəzi olan Fəvvarələr Meydanı rayonunda yerləşir. Bu rayon dənizkənarı bulvardakı ticarət və əyləncə mərkəzi ilə nəfis piyada körpüsü vasitəsilə birləşən 7 mərtəbəli yaşayış kompleksləri sırası kimi layihələndirilmişdir.

Kompleksinn əlverişli yerləşməsi Nobel prospektinə rahat keçidi təmin edəcək, oradan da eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına çatmaq asanlaşacaqdır. Rayonun cənub hissəsində – Nobel prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb.

XÜSUSİYYƏTLƏR

Premium səviyyəli 7 mərtəbəli TƏMƏL Park yaşayış kompleksinin modern üslublu keramika ilə üzlənmiş binası ATKİNS şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. Fasadın və damın üzlənməsi üçün materialın seçilməsi Baş Plana uyğun olaraq memarlıq tələbləri və texniki şərtlər ilə tənzimlənir. TƏMƏL Park yaşayış kompleksində mənzillərin hər iki tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur – bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır.

  • Ətraflı axtarış

    Digər seçimlər
  • Kredit Kalkulyator

Müqaisə siyahısı