• AzerbaijaniEnglishRussianItalianArabicGermanHebrew
Your search results

Sahil Residence

Ünvan: Park Kvartalı

Sahil Residence yaşayış kompleksi dəniz səviyyəsindən 25m artıq hündürlükdə, 7 mərtəbəli yaşayış kvartallardan ibarət və tikili sıxlığı aşağı olan Babək rayonunun mərkəzi küçəsində yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran, Mərkəzi küçənin ortasında yerləşən zərif heykəltəraşlıq ilə bəzədilmiş meydan bu rayonun qəlbi olacaqdır.

Kompleksin əlverişli yerləşməsi Babək prospektinə rahat keçidi təmin edərək, oradan eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdırır. Babək rayonunun şimal hissəsində – Babək prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb.

Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Sahil Residence yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

130 mənzilli 7 mərtəbəli yaşayış kompleksi

 

  • Keramik plitələr ilə üzlənmiş müasir fasad
  • Kompleksin 1 Ha sahəsinin 60%-i abadlaşdırma üçün ayrılmışdır
  • Geniş uşaq meydançası
  • 118 ədəd iki mərtəbəli yeraltı, 53 ədəd yerüstü avtomobil dayanacağı
  • Yeraltı parkinqdə avtomaşınlar üçün yuyucu
  • Velosipedlər üçün dayanacaq
  • İki səviyyəli yeraltı parkinqdən liftə çıxış
  • Yükqaldırma qabiliyyəti 1 tona qədər olan rahat liftlər
  • Mərmər ilə üzlənmiş eni 2.7 metr olan geniş pilləkən aşırımları və pilləkən meydançaları
  • Qış vaxtlarında istinin itkisini azaldan, yayda isə istidən qoruyan keramik plitələr ilə üzlənmiş ventilasiya olunan fasad və daş divarlar
  • Hər iki tərəfə çıxışlı rahat planlaşdırılmış mənzillər
  • Tavanların hündürlüyü – 3,3 m
  • Eni 2.4 m-ə qədər olan böyük pəncərələr
  • 2 günlük ehtiyatı olan su çəni
  • Mərkəzi elektrik təchizatı və generator
  • Fərdi istilik sistemi üçün qaz təchizatı
  • Rəqəmsal TV, internet və telefon sistemləri
  • Yanğın təhlükəsizliyi sistemi
  • Həyətə baxan eyvanlarda quraşdırılmış divar şkafları
  • Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və istilik sistemləri üçün ventilyasiya olunan xüsusi servis eyvanları
  • Ətraflı axtarış

    Digər seçimlər
  • Kredit Kalkulyator

Müqaisə siyahısı