• AzerbaijaniEnglishRussianItalianArabicGermanHebrew
Ətraflı axtarış
Digər seçimlər
Axtarış üzrə 0 elan tapıldı. Nəticələrə bax
Your search results

Park Hill Tower

Ünvan: Park Kvartalı

UNİKAL YERLƏŞMƏ

Park Hill Tower binasının Park Rayonunun zirvəsində, dəniz səviyəsindən 30 metrdən çox hündürlükdə, Bakının ən iri parklarından biri ilə qonşuluqda yerləşməsi artıq onun unikallığını göstərir.Bakı Ağ Şəhər layihəsinin Mərkəzi Bulvar küçəsini əhatəyə alan 20 mərtəbəli hündür binalar sırası kimi layihələndirilmiş Park Rayonu Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına heyranedici mənzərəni təmin edir.

  • Müasir həyat tərzi

    Bakı Ağ Şəhər-in Park rayonu ətraf ərazilərin və həyat tərzinin yüksək statusu baxımından premium səviyyəli klub evi üçün ideal məkandır: ətrafda elit məktəb və uşaq bağçaları, yüksək dərəcəli biznes mərkəzləri, bədii qalereyalar və dizayner studiyaları, dəbli kafelər, əla mətbəxli restoranlar və xüsusi tərzə malik gözəllik salonları vardır. Yaxınlıqda aparıcı dünya brendlərinin təklif edildiyi butiklərdən ibarət ticarət mərkəzləri, premium səviyyəli supermarketlər və 5 ulduzlu otellər yerləşir

  • Park Hill Tower-in klub atmosferi
    Park Hill Tower Bakı üçün təkcə mənzillərinin az olması ilə deyil, həm də vahid sosial mühiti ilə seçilən unikal yaşayış klubu formatıdır. Sakinlərin bütün arzu və istəklərini öyrənmək və onlara maksimal komfort həyat şəraiti yaratmaq məqsədilə developer hər bir alıcı ilə fərdi görüşlər keçirir. Vahid sosial səviyyə, oxşar maraqlar və həyat tərzi yaşayış klubundakı ailələri birləşdirərək rahatlıq, təhlükəsizlik və mehriban qonşuluq ab-havası yaradacaqdır.
  • Birinci sinifli yaşayış yeri
    Park Hill Tower sakinlərinə 5 ulduzlu otel səviyyəsində sutkada 24 saat işləyən konsyerj xidməti göstəriləcəkdir. Qayğıkeş işçilər çatdırma, kimyəvi təmizləmə, teatr və kinoya biletlər, restoranların əvvəlcədən sifarişi, sürücülərin çağırılması kimi 21-ci əsrin gündəlik tələbatlarını və bir çox digər gündəlik xidmətləri təmin edəcəkdir. Peşəkar idarəetmə şirkəti isə kompleksin fəaliyyətini təmin edəcək və buradakı həyatın maksimal rahatlığına nail olacaqdır. Binanın vəziyyətinə tam nəzarət, mühəndis sistemlərinin, şəbəkələrin və avadanlığın fasiləsiz işinin təmin edilməsi, otaqlarda və ətraf ərazilərdə səliqə-sahmanın və qayda-qanunun qorunub saxlanılması, yaşayış klubu sakinlərinə bir sıra xidmətlərin göstərilməsi idarəetmə şirkətinin vəzifələrinə daxildir.
  • Ətraflı axtarış

    Digər seçimlər
  • Kredit Kalkulyator

Müqaisə siyahısı